Jurnalist Kamran Ağayevin üzr istəməsini tələb edir

Jurnalist Kamran Ağayevin üzr istəməsini tələb edir
ÖLKƏ FUTBOLU 4 Dekabr 2008 / 16:00 3653
-  A +

Bu gün «Zerkalo» qəzetinin və azerisport.com saytının əməkdaşı Rüstəm Mikayıllı milli yığma komandamızın və «Xəzər-Lənkaran» klubunun qapıçısı Kamran Ağayevlə arasında baş verən münaqişə ilə bağlı mətbuat konfransı keçirib. R.Mikayılının sözlərinə görə, bu münaqişə Azərbaycan - Lixtenşteyn oynundan sonra saytda yığmamazın oyunçularının qiymətləndirilməsindən sonra yaranıb: «Bizdə Kamran Ağayevə beş bal verdik. Bu qiymətləndirmədən narazı olan Kamran yığmanın məşqində məni təhqir etdi. Mən də bu haqda yazı yazdım.İki gün öncə isə Kamran Ağayev millinin növbəti məşqində məni yenidən təhqir etdi».
R.Mikayıllı məsələylə bağlı «Xəzər-Lənkaran» klubunun vitse-prezidentinə də məlumat verdiyini söyləyib: «Amma Kamran Ağayev üzr istəmək istəmir. Kamranın jurnalistlər qarşısında məndən üzr istəməsini tələb edirəm. Əgər, bunu etməsə, onu məhkəməyə verəcəm». R.Mikayıllı şəxsi həyatına qarışması barədə K.Aağayevin dediklərini təkzib edib: «Onun şəxsi həyatı mən maraqlandırmır. Əgər belə düşünürsə, yazını bırdə oxusun. O, haqlı olsa mən ondan üzr istəyərəm. Onun belə düşünməsinin səbəbi rus dilini bilməməsidir. Mən yığma komandaya da müraciət etmişəm və ordan bildiriblər ki, əgər həqiqətən də, belə hal baş veribsə, həmin oyunçu cazalandırılacaq».


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı