Linkoln İstanbulu tərk etdi (FOTO)

Linkoln İstanbulu tərk etdi (FOTO)
DÜNYA FUTBOLU 30 May 2009 / 14:46 2511
-  A +

“Qalatasaray”ın braziliyalı futbolçusu Cassio Linkoln İstanbulu tərk edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Linkoln zədəli olduğundan “Sivasspor”la matçda meydana çıxmayacaq. Bunu nəzərə alan Linkoln sevgilisiylə birlikdə ölkəsinə mövsüm başa çatmamış yollanıb. Linkolnun 20 böyük çamadını da jurnalistlərin diqqətindən yayınmayıb. Braziliyalı futbolçu İstanbuldan Frankfurta yollanıb. Oradan isə vətəninə uçacaq. Cassionun “Qalatasaray”a geri dönüb-dönməyəcəyi hələ məlum deyil. 


Son xəbərlər