U-17-nin Almaniyaya yolu Lüksemburqdan keçir

XƏBƏR 4 Dekabr 2008 / 15:13 3114
-  A +

İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin elit raundunun püşkatma mərasimi keçirilib. AFFA-nın rəsmi saytının məlumatına ğörə, püşkün nəticəsinə əsasən, yığmamız Xorvatiya, Lüksemburq və Hollandiya komandaları ilə birgə 3-cü qrupda mübarizə aparacaq. Bu qrupun oyunları Lüksemburqda keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə elit raundda qrup qalibi olan komandalar vəsiqə qazanacaqlar. Final mərhələsinin oyunları 2009-cu il 6-18 may aralığında Almaniyada təşkil olunacaq.
 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı