Mançester derbisi: məğlubedilməz "Siti" "şeytanlar"a qarşı

ETOPAZ 9 Dekabr 2012 / 15:47 3041
-  A +

102 qarşılaşmanın yer aldığı www.etopaz.az-ın bugünkü proqramında proqnoz həvəskarları üçün yetərincə maraqlı oyunlar var. Bu matçlardan səkkizinə www.etopaz.az müştəriləri tək mərc edə bilər.

İngiltərə premyer liqasının "Mançester Siti" - "Mançester Yunayted" görüşünə isə həm tək, həm də canlı mərc etmək olar. Saat 17:30-da başlanacaq Mançester derbisində meydan sahibləri favoritdir. Premyer liqanın arxada qalan 15 turunda bir dəfə də uduzmayan "Siti" bununla çempionatdakı digər klublardan fərqlənir. Roberto Mançinin komandası bu gün premyer liqanın liderina qarşı oynamasına baxmayaraq www.etopaz.az "Siti"nin qələbə şansını daha yüksək dəyərləndirir (qələbə əmsalı 2.00). Heç-heçəyə 3.30, qonaqların qələbəsinə 2.90 əmsal verilir. Mançester derbisi maraqlı mübarizə vəd etdiyindən canlı mərc həvəskarlarını da oyunboyu həyəcanlı anlar gözləyir. Günün digər "tək oyun"larına gəlincə, saat 18-də İtaliya A seriyasında "Torino" - "Milan", Türkiyə superliqasında isə  "Trabzonspor" - "Kayserispor" qarşılaşması başlayacaq. Turindəki dueldə "Milan" favorit göstərilir.

Qonaqların qələbəsi düzgün proqnoz verənlərə 2 dəfə artıq qazandıracaq. "Torino"nun qələbəsi 2.95-ə, heç-heçə isə 3.20-yə bərabərdir. Trabzondakı matçda isə meydan sahiblərinin qələbə şansı daha yüksək qiymətləndirilir (qələbə əmsalı 1.75). "Kayserispor"un zəfəri 3.30, heç-heçə isə bundan bir qədər çox - 3.60 əmsalla işarələnib. 3 gün əvvəl Avroliqada bizim "Neftçi" ilə 2:2 oynayan "İnter" elə həmin "Cüzeppe Meatsa"  arenasında "Napoli"ni qəbul edəcək. www.etopaz.az müştəriləri bu oyuna da tək mərc edə bilər. Saat  23:45-də başlanacaq qarşılaşmada "İnter"in qələbəsi proqnozsevərlərə 2.15, "Napoli"nin zəfəri isə 2.75 dəfə artıq qazandıracaq. Heç-heçənin əmsalı 3.20-dir. Günün tək olmayan oyunları sırasında isə Afina derbisi - "Panatinaikos" - "Olimpiakos" dueli, həmçinin A seriyasında "Palermo" - "Yuventus" matçı kimi maraqlı qarşılaşmalar da yer alıb. İntuisiya və www.etopaz.az-ın sayəsində həftəni qazancla başa vurmaq imkanınız var. Bu şansı qaçırmayın, oynayın və qazanın!!!

Etopaz.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord