“Arzuların komandası” Çempionlar Liqasının qalibi oldu

“Arzuların komandası” Çempionlar Liqasının qalibi oldu
DÜNYA FUTBOLU 28 May 2009 / 11:52 2766
-  A +

2008/09 mövsümündə UEFA Çempionlar Liqasının qalibi bəlli oldu. Qol.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici matçında “Barselona” və “Mançester Yunayted” qarşılaşıb. Romanın “Olimpiya” stadionunda baş tutan qarşılaşma kataloniyalıların qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 10-cu dəqiqədə kamerunlu Samuel Eto`O açıb. 1 saat sonra isə Messi “Barselona”nın qələbəsini rəsmiləşdirib. “Qırmızı şeytanlar”ı 2:0 hesabı ilə məğlub edən “Barsa” Avropanın ən güclü klubu adını qazanıb.

“Barselona”nın qələbəsini qanunauyğunluq kimi qəbul etmək olar. Çünki bu mövsüm İspaniya təmsilçisi möhtəşəm oyunu ilə futbol azarkeşlərinin qəlbinə yol tapmağı bacarmışdı. “Arzuların komandası” adlanan “Barsa” finalda da rəqibinə heç bir şans tanımayaraq, kuboka sahib çıxdı.

Budəfəki finalı həm də Messi və Ronaldonun qarşıdurması da adlandırırdılar. Çünki son 1 il ərzində bu iki futbolçudan hansının daha güclü olması barədə qızğın müzakirələr gedir. Dünənki matç isə göstərdi ki, Messi həqiqətən də Ronaldodan güclüdür. “Barselona”lı müdafiəçilər portuqaliyalı ulduza göz açmağa imkan vermədikləri halda, Messi komandasının qələbəsində böyük rol oynamaqla yanaşı, həm də vurduğu qolla cari mövsümdə Çempionlar Liqasının bombardiri oldu. 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın