Dünyanın sonu çatdı: Sərvət Çətin qol vurdu (VİDEO)

VİDEO 27 Noyabr 2012 / 14:05 2756
-  A +

Türkiyə superliqasında dünən keçirilən “Trabzonspor” – “Eskişehirspor” oyununda (0:3) müdafiəçi Sərvət Çətinin vurduğu qol qardaş ölkədə müzakirələrə səbəb olub.

Qol.Az-ın məlumatına görə, Türkiyə mediası bunu Sərvətin “həyatının qolu” adlandırıb. Topu mərkəz dairəsindən götürüb bir neçə oyunçunu keçərək rəqib qapısından keçirən Sərvətin qolu sosial şəbəkələrdə də müzakirələrə yol açıb.

İstifadəçilərdən bəziləri isə artıq Maya təqviminə görə 21 dekabra ehtiyac qalmadığını, Sərvətin bu qolunun dünyanın sonunu gətirdiyi kimi zarafatlar ediblər.


Son xəbərlər