PSJ-yə "3-cü cəbhə" lazımdırmı?

ETOPAZ 27 Noyabr 2012 / 13:39 2887
-  A +

www.etopaz.az-ın maraqlı futbol proqramları hər gün bir-birini əvəzləməkdədir. Bu gün  də proqnoz həvəskarları www.etopaz.az-ın sayəsində darıxmayacaq. Mərc həvəskarlarına 54 qarşılaşma təqdim olunur. Onlardan 5-nə tək mərc etmək olar. Almaniya bundesliqasının saat 23-də başlanacaq "Hamburq" - "Şalke" matçına isə həm tək, həm də canlı mərc etmək mümkündür. Bundesliqanın 2 köklü komandasının duelində "Şalke"nin hazırda yüksəlişdə, "Hamburq"un isə böhranda olmasını nəzərə almaq lazımdır. Elə www.etopaz.az da bunu nəzərə alaraq oyunun favoriti kimi qonaqları göstərib. "Şalke"nin qələbə əmsalı 1.70-ə bərabərdir. Digər 2 əmsal isə daha çox qazanmaq şansı verir: "Hamburq"un qələbəsi 3.60, heç-heçə 3.50. Oyunun gedişində bu rəqəmlər təbii ki, dəyişəcək, ona görə fərqli əmsallarla oynamaq istəyənlər matçın startını gözləməlidir. Günün digər "tək oyunları"na gəlincə, ilk olaraq saat 22:30-da İspaniya Kubokunun "Betis" - "Valyadolid" qarşılaşması start götürəcək. Noyabrın 1-də keçirilən ilk görüşdə "Valyadolid" öz meydanında 1:0 hesabıyla qalib gəlib. İndi "Betis" bu məğlubiyyətin əvəzini cıxmalıdır.
 
www.etopaz.az əmsalları belə müəyyənləşdirib: "Betis"in qələbəsi 1.85, heç-heçə 3.20, "Valyadolid"in zəfəri 3.30. Daha bir "tək" kubok qarşılaşması isə Fransada keçiriləcək. Saat 23:55-də Fransa Liqa Kubokunun "Sent Etyen" - PSJ matçının start fiti səslənəcək. Bütün diqqətini çempionata və Çempionlar Liqasına ayıran parislilərin "3-cü cəbhədə döyüşməsi" təbii ki, komanda üçün əlavə problemlər yaradır. Bununla belə, səviyyə fərqi nəzərə alınaraq PSJ axşamkı duelin favoriti göstərilir. Bu komandanın qələbə əmsalı 2.35, meydan sahiblərinin isə 2.45-dir. Heç-heçə 3.15 əmsalla dəyərləndirilir. İtaliya A seriyasında 14-cü turun son oyunu bu axşam keçiriləcək. Saat 23:45-də başlanacaq matçda "Latsio" "Udineze"ni qəbul edəcək. Romalıların qələbəsi 1.70, "Udineze"nin isə 3.80-dir. www.etopaz.az müştəriləri bu qarşılaşmaya da tək mərc edə bilər. Tək və ya bir neçə oyuna kupon yazmaq sizin ixtiyarınızdadır. Əsas odur ki, düzgün proqnoz verəsiniz.

Əgər intuisiyanız sizi yanıltmazsa,bu o deməkdir ki, www.etopaz.az-dan müəyyən məbləğ qazanmısız. Oynamaq sizdən, qazandırmaq bizdən!!!


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı