Yığmamızın rəqibindən Toşaka yeni təklif

XƏBƏR 4 Dekabr 2008 / 13:43 3309
-  A +

DÇ-2010-nun seçmə mərhələsində milli komandamızın rəqibi olan Uels yığmasının baş məşqçisi Con Toşaka müqaviləni yeniləmək təklif olunub. Qol.Az-ın Uelsin Wesrern Mail nəşrinə istinadən verdiyi məlumata görə, bu məsələ artıq iki həftədir ki, Uels Futbol Federasiyasının toplantılarında müzakirə olunur. «Real», «Beşiktaş» kimi tanınmış klubları çalışdırmış Toşakın müqaviləsi 2010-cu ilə kimi nəzərdə tutulub. Ancaq federasiya rəsmiləri təcrübəli mütəxəssisi 2012-ci ilədək bu postda saxlamaq istəyirlər. Bununla bağlı danışıqlar yanvarda, məşqçi İspaniyanın San-Sebastyan şəhərindəki evindən Uelsə qayıtdıqdan sonra başlanacaq. Uels Futbol Federasiyasının beynəlxalq şöbəsinin sədri Terri Xarris Toşakı dəstəklədiklərini bildirib: «Bu müqavilənin uzadılmasına mane ola biləcək yeganə adam yalnız Con özüdür. Yanvarda onunla görüşüb danışıq aparacağıq. Ümid edirik ki, müqavilənin müddəti uzadılacaq. Biz Toşakı dəstəkləyirik və onunla əməkdaşlıqda maraqlıyıq». Xatırladaq ki, millimiz DÇ-2010-nun seçmə mərhələsində Kardiffdə Uels yığmasına 0:1 hesabı ilə məğlub olub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı