Məşqçilərə sertifikatlar təqdim olundu

XƏBƏR 4 Dekabr 2008 / 12:47 3315
-  A +

Bu gün AFFA-nın inzibati binasında B kateqoriyalı lisenziya kursunu müvəffəqiyyətlə başa vurmuş məşqçilərə müvafiq sertifikatlar təqdim olunub. Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov müxtəlif kateqoriyalı lisenziya əldə etməyə imkan verən kursların keçirilməsini ölkəmizdə futbolun inkişafı naminə görülən işlərin tərkib hissəsi olduğunu bildirib. O qeyd edib ki, məşqçilərin ixtisasının artırılması üçün gələcəkdə də AFFA tərəfindən kompleks tədbirlər həyata keçiriləcək.
AFFA-nın rəsmi saytının məlumatına görə, B kateqoriyalı sertifikat almış məşqçilər Məhərrəm Həsənov, Vidadi Rzayev, Məhərrəm Bağırzadə, Hafiz Əliyev, Teymur Muradov, Bəxtiyar Musayev, Adil Mahmudov, Roman Cəfərov, Vəli Hüseynov, Tərlan Əhmədov, Emin Salmanov, Yaşar Hüseynov, Müşfiq Hüseynov, Səttar Əliyev, Ramiz Səadətov, Rüfət Quliyev, Hüseynqulu Quliyev, Bəhram Şahquliyev,
İlham Qurbanov, Asəf Namazov, İsmayıl Əliyev, Rövşən Babayev və Rauf Salamovdur.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord