Yalnız “Nordşelland” – “Şaxtyor”

ETOPAZ 20 Noyabr 2012 / 15:56 3486
-  A +

Sərlövhənin açmasını elə ilk cümlədəcə veririk: Çempionlar Liqasının bu axşam keçiriləcək 8 matçından yalnız “Nordşelland” – “Şaxtyor” oyununa www.etopaz.az-da tək mərc qəbul olunmayacaq. Bu qarşılaşma olan kuponda azı 2 oyuna proqnoz verilməlidir. Liqanın digər 7 qarşılaşmasına isə www.etopaz.az müştəriləri tək-tək mərc edə bilər.

İlk olaraq ölkəmizdə kifayət qədər azarkeşi olan “Qalatasaray”ın oyunu haqda. Bu axşam doğma azarkeşlər önündə qrup lideri “Mançester Yunayted”i qəbul edəcək “Cim-Bom”u çətin sınaq gözləyir. Amma türklərin xeyrinə olan amillər də var. “Qırmızı şeytanlar” artıq “pley-off”a vəsiqəni təmin etdiyindən arxayınlıq səbəbindən, ola bilsin, oyuna lazımınca köklənməsin. Bəzi aparıcı oyunçulara bu qarşılaşmada istirahət veriləcəyi də gözlənilir. www.etopaz.az məhz bu amilləri nəzərə alaraq “Qalarasaray”ı duelin favoriti sayır. “Cim-Bom”un qələbə əmsalı 1.85-dir. “Mançester Yunayted” üçünsə bu əmsal 3.20-yə bərabərdir. Heç-heçə 3.30 əmsalla dəyərləndirilir.

Türkiyə Super Liqasının son 2 turunda azarkeşlərini məyus edən Fatih Terimin komandası bu axşam adlı-sanlı “Mançester Yunayted”i məğlub etməklə fanatları önündə bəraət ala bilər. Qələbə həm də “pley-off”a 2-ci vəsiqə ugrunda mübarizədə “Cim-Bom”un şansını artıracaq.

Bu qrupda “Qalatasaray”la yanaşı 2-ci yerə iddia edən ÇFR-lə “Braqa” isə birincilərin meydanında üz-üzə gələcək. Bu dueldə qonaq komanda - "Braqa" favorit sayılır. Portuqaliyalıların qələbəsi 2.20 əmsalla dəyərləndirilir. Rumıniya təmsilçisinin zəfəri isə 2.55-ə bərabərdir. Heç-heçənin əmsalı 3.30-dur.

Ümumiyyətlə, qrup mərhələsi sona yaxınlaşmaqda olduğundan, axşamkı oyunların əksəriyyəti həlledici xarakter daşıyır. Bu mənada “Yuventus” – “Çelsi” və “Valensiya” – “Bavariya” görüşlərini xüsusi fərqləndirmək olar. Digər oyunlardan 2 saat tez - saat 21:00-da başlanacaq “Spartak” – “Barselona” və BATE – “Lill” oyunları da əhəmiyyətinə görə digərlərindən geri qalmır.

Bir sözlə, www.etopaz.az müştərilərini bu axşam maraqlı futbol gecəsi gözləyir. Futboldan zövq alın və www.etopaz.az-la qazanın!!!


Son xəbərlər