Kazım Kazımlı "Xəzər Lənkəran"da 76-cı oldu

Kazım Kazımlı "Xəzər Lənkəran"da 76-cı oldu
XƏBƏR 1 Noyabr 2012 / 16:52 3038
-  A +

Azərbaycan Premyer Liqasının XI turundakı “Sumqayıt”la oyun daha bir futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib qapısına yol tapan Kazım Kazımlı komandanın heyətində ilk qolunu vurub.
 
Hələ 3 il əvvəl “ağ-yaşıl” formada debüt etməklə klub tarixinə ən gənc oyunçu kimi düşən Kazım ilk qolunu Sumqayıtda rəqib qapısından keçirib. 19 yaşlı futbolçu özünün komandadakı 5-ci matçında fərqlənib.
 
Bununla da o, klub tarixində fərqlənən 76-cı oyunçu olub. Kazımlı “Xəzər Lənkəran”da qol sevinci yaşayan 28-ci yerli futbolçudur ki, digər 48 legioner qolçu 20 ölkəni təmsil edir. Komandanın çempionat matçlarında isə indiyədək 69 futbolçu fərqlənmişdi ki, Kazım bu siyahıya 70-ci kimi düşüb.
 
Qeyd edək ki, komandanın 76 nəfərlik qolçular siyahısına 44 qol vuran Zaur Ramazanov başçılıq edir.


Son xəbərlər