Vüqar Nadirov: “İnter”dən təklif almışam”

Vüqar Nadirov: “İnter”dən təklif almışam”
XƏBƏR 22 May 2009 / 19:24 2117
-  A +

“İnter”dən təklif almışam. Zəng edərək məni öz heyətlərində görmək istədiklərini dedilər. Mən isə öz növbəmdə bildirdim ki, qoyun, milli komandanın qarşıdakı oyunları başa çatsın sonra oturub ətraflı söhbət edək”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının və “Karvan”ın hücumçusu Vüqar Nadirov deyib. Nadirov “bankirlər”in baş məşqçisi Valentin Xodukinin də, onun oyununu bəyəndiyini və komandasında görmək istədiyini dedi: “Xodukin özü də məni “İnter”də görmək istəyir və bu üzdən “bankirlər” mənimlə əlaqə saxlayıblar. Prinsipcə özüm də, bu klubun şərəfini qorumağın əleyhinə deyiləm. Amma dediyim kimi, hər şeyə milli komandanın oyunlarından sonra tam aydınlıq gələcək”. Vüqar millimizin qarşıdakı oyunlarına da toxundu: “Təbii ki, əsas oyun Uelsə qarşı seçmə matçımız olacaq. Türkiyə ilə keçirəcəyimiz yoldaşlıq görüşü də, buna hesablanıb. Əlimizdən gələni edəcəyik ki, uelsliləri məğlub edərək həm xal ehtiyatımızı artıraq, həm də azarkeşlərimizi sevindirək. İspaniya ilə qarşılaşmaya gəlincə, həmin oyun bizim üçün böyük prestij olacaq. Məndə olan məlumata görə, oyunu ispaniyalı menecerlər də izləyəcəklər. Demək, özümüzü yaxşı göstərməklə onların diqqətini cəlb edib, İspaniya primerosunda oynamaq şansı qazana bilərik”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı