Vaqif Sadıqov: “İnter”-“Qarabağ” oyunu “Şaxtyor”-“Verder” matçının bənzəri olacaq”

Vaqif Sadıqov: “İnter”-“Qarabağ” oyunu “Şaxtyor”-“Verder” matçının bənzəri olacaq”
XƏBƏR 22 May 2009 / 16:45 2174
-  A +

“Sabahkı oyunda hər iki komandanın şanslarını bərabər qiymətləndirərdim. Bu, “Qarabağ” üçün avrokuboklara vəsiqə baxımından son şansdır. Odur ki, onlar bütün güclərini meydanda qoyacaqlar. Amma “İnter” üçün də oyun böyük əhəmiyyət daşıyır. Çünki, bu komanda yarandığı gündən hələ ki, Azərbaycan kubokunu qazana bilməyib. Bu mənada Xodukin və komandası ilkə imza atmaq istəyirlər”. Bu sözləri Qol.Az-a “İnter” - “Qarabağ” finalı öncəsi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov sabahkı qarşılaşma ilə UEFA kubokunun son final matçı arasında da paralel aparıb: “Baxmayaraq ki, fərqli strategiya yürüdən iki klub üz-üzə gələcək, amma azarkeşləri gərgin və maraqlı oyunun gözlədiyini deyə bilərəm. Məncə “İnter” - “Qarabağ” oyunu “Şaxtyor” - “Verder” matçının bənzəri olacaq. Ola bilsin ki, sabahkı qarşılaşmada da, əsas vaxta qalib müəyyən olunmasın və hətta oyun onbirmetrlik cərimə zərbələrinə qədər uzansın”.

 


Son xəbərlər