Ağasəlim Mircavadov “İnter”-“Qarabağ” finalı haqqında: “Hücumçuların üzərlərinə böyük məsuliyyət düşəcək”

Ağasəlim Mircavadov “İnter”-“Qarabağ” finalı haqqında: “Hücumçuların üzərlərinə böyük məsuliyyət düşəcək”
XƏBƏR 22 May 2009 / 15:05 2145
-  A +

“İnter” artıq avrokuboka vəsiqəni özü üçün təmin edib. “Qarabağ” üçün isə sabahkı kubok matçı son  şansdır. Amman bu, o demək deyil ki, oyun sönük keçəcək. Əksinə, mən maraqlı qarşılaşma gözləyirəm. Hər iki klub son turları yaxşı oyun  nümayiş etdirdi. Şanslara gəlincə, kim daha çox istəkli oynasa, o da qalib gələcək. Misal kimi son “Şaxtyor”-“Verder” matçını göstərə bilərəm. Həmin qarşılaşmada “Şaxtyor”un kuboku qazanmaq istəyi daha çox olduğundan ona sahib oldu”. Bu sözləri sabah keçiriləcək Azərbaycan kubokunun “İnter”-“Qarabağ” final maçı öncəsi Qol.Az-a açıqlamasında Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis sabahkı qarşılaşmada komandaların hücumçularının üzərlərinə böyük məsuliyyət düşəcəyini deyib: “ Bu oyunda hücumçuların üzərlərinə böyük məsuliyyət düşəcək. Bu mənada xüsusi olaraq Valter Quqlemon, Zaur Ramazanov və Vaqif Cavadovu qeyd edərdim. Onların oyunundan çox şey asılı olacaq”. Mircavadov  son mövsümün qısa dəyərləndirməsini də aparıb: “Futbolda inkişaf birdən-birə olmur. Hər şeyə vaxt lazımdır. Mən deyərdim bu mövsüm gərgin keçdi. 6-7 komanda çempionluq uğurunda mübarizə apardı. Təəssüf ki, müxtəlif səbəblərdən 2-3 komanda sona qədər davam  etdirə bilməyərək mübarizəni erkən dayandır malı oldular”.

 

Daha çox


Son xəbərlər