Bolqar mətbuatı Stefanovun “Neftçi”dən ayrılmasını ədalətsizlik sayır

Bolqar mətbuatı Stefanovun “Neftçi”dən ayrılmasını ədalətsizlik sayır
XƏBƏR 22 May 2009 / 12:05 2187
-  A +

“Neftçi”nin transferə çıxardığı futbolçular arasında bolqarıstanlı futbolçular Svetosval Stefanovla Marko Davçevin olmaından xəbərdarsınız. Həmyerlilərinin paytaxt klubundan kənarlaşdırılması bolqarların da diqqətindən qaçmayıb. Daim Azərbaycan Premyer Liqasının oyunlarını diqqət mərkəzində saxlayan və həmyerliləri ilə bağlı bütün məsələlərə münasibət bildirən Boqlarıstanlı jurnalistlər bu hadisəyə də biganə qalmayıblar. Qol.Az-ın məlumatına görə, bolqar mətbuatı xüsusən də Stefanovun “Neftçi”dən ayrılmasını ədalətsizlik adlandırıblar. Konkret olaraq, Gol.bg və “7 den sport” Svetoslavın 3 il “Neftçi”nin aparıcı futbolçusu olduğunu və komandanın qazandığı uğurlarında böyük pay sahiblərindən biri olduğunu qeyd ediblər. Boqlar həmkarlarımız hətta onu da qeyd ediblər ki, “necə ola bilər ki, komanda Azərbaycan çempionu, “Birlik Kuboku” və digər titulları qazananda o vaxtkı baş məşqçilər Stefanovu əsas heyətdə oynadırdı amma Böyükağa Ağayev ona ehtiyacı görmür?”.

 

 


Son xəbərlər