Roman Pokora Azərbaycanı tərk edir

Roman Pokora Azərbaycanı tərk edir
XƏBƏR 22 May 2009 / 11:43 2243
-  A +

“Simurq”un baş məşqçisi Roman Pokora bu gün vətəninə - Ukraynaya yola düşür. Çempionatın başa çatmasından sonra - mayın 17-dən paytaxtda olan mütəxəssis bu müddətə klub rəhbərliyi ilə bir neçə dəfə görüşərək, avrokuboklara və növbəti mövsümə hazırlıq planları, o cümlədən, transfer çalışmaları ilə bağlı məsləhətləşmələr aparıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Lvova yola düşən Pokoranın məzuniyyəti elə də uzun çəkməyəcək: baş məşqçinin iyunun 5-də Bakıya dönəcəyi gözlənilir.
“Simurq”un üzvləri isə Avropa Liqasına və 18-ci Azərbaycan çempionatına hazırlaşmaq üçün iyunun 7-də bir araya gələcəklər. Cəmi 20 gün istirahət edəcək futbolçular göstərilən tarixdə komandanın bazasında - Zaqatala Olimpiya İdman Kompleksində toplaşacaqlar. Adətən yetirmələrinə bir ay-ayyarım dincəlmək imkanı yaradan Roman Pokora qarşıdan Avropa Liqasının oyunları (2-9 iyul) gəldiyindən planlarında dəyişiklik etməyə məcbur olub. 7-13 iyun aralığında Zaqatalada fiziki hazırlıq üzərində işləyəcək komanda bundan sonra Gürcüstana təlim-məşq toplanışına yollanacaq. Burada yoxlama görüşlərinin keçirilməsi nəzərdə tutulub. Toplanış iyunun 27 və ya 28-də başa çatacaq və kollektivin növbəti dayanacağı Bakı olacaq. Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına hazırlığın sonuncu mərhələsi məhz paytaxtda baş tutacaq.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı