Daha bir futbolçu “Simurq”dan kənarlaşdırıldı

XƏBƏR 22 May 2009 / 11:39 1898
-  A +

Bu mövsüm tarixində ilk dəfə olaraq bürünc medal qazanan və bununla da ölkəmizi Avrokuboklarda təmsil etmək hüququ qazanan “Simurq”da islahatlar davam edir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda daha bir futbolçu ilə yollarını ayırıb. Söhbət bir müddət əvvəl ciddi zədə alan və ikinci dövrədə demək olar ki, komandasına kömək edə bilməyən Ramin Nəsibovdan gedir. Nəsibovun “Simurq”la müqaviləsi artıq başa çatıb və məşqçilər korpusu növbəti mövsümdə bu futbolçunun xidmətinə ehtiyac duymadıqlarını bildiriblər. Bununla da Nəsibov çempionat başa çatdıqdan sonra Zaqatala klubunun yollarını ayırdığı sayca beşinci futbolçu oldu. Xatırladaq ki, Nəsibova qədər Cavad Mirzəyev, Arif İsayev, Samir Abdulov, eləcə də Fizuli Məmmədovla da komanda vidalaşmışdı.      

Daha çox


Son xəbərlər