Çertoqanovun taleyinə hələ aydınlıq gəlməyib

Çertoqanovun taleyinə hələ aydınlıq gəlməyib
XƏBƏR 21 May 2009 / 19:19 2047
-  A +

Milli komandamızın üzvü Aleksandr Çertoqanovun gələcək taleyi hələ ki qeyri-müəyyəndir. Ukraynaəsilli futbolçu ikinci dövrədə karyerasını icarə əsasında “Simurq”da keçirdi. Mövsümün sonunda isə futbolçunun icarə müddəti başa çatdı. Çertoqanov özü Qol.Az-ın müxbiriylə söhbətində “Neftçi”yə qayıtmağının mümkünlüyünü bildirmişdi. Mövsümün başa çatmasına bir neçə gün keçsə də, Çertoqanovun gələcək taleyinə hələ aydınlıq gəlməyib. “Simurq”un prezidenti Zaur Məmmədov Qol.Az-ın müxbiriylə söhbətində bildirib ki, hazırda onlar “Neftçi” rəsmiləriylə bu barədə danışıqlar aparırlar: “Bildiyiniz kimi, Çertoqanovun icarə müddəti artıq başa çatıb. Lakin biz növbəti mövsümdə də onu komandamızda görmək istəyirik. Buna görə də “Neftçi” tərəfiylə hazırda danışıqlar aparırıq. Yəqin ki, bir neçə günə məsələyə aydınlıq gələcək”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord