Aslan Kərimov: “Kuboku qazanmaq alnımıza yazılıb”

Aslan Kərimov: “Kuboku qazanmaq alnımıza yazılıb”
XƏBƏR 21 May 2009 / 17:59 2316
-  A +

“Karyeramın sonuna elə də çox qalmayıb. Çempionat oyunumuzla Avrokuboklara layiq olduğumuzu göstərmişik. İnanıram ki, kuboku qazanmaq həmin gün taleyimizə yazılıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri finalda “İnter”lə qarşılaşacaq “Qarabağ”ın kapitanı Aslan Kərimov klubun rəsmi saytına verdiyi açıqlamada deyib. A.Kərimov deyib ki, bu mövsüm “Qarabağ” şəxsi oyunlarda “İnter”dən heç də zəif oynamayıb: “Komandamız cari mövsümdə 2 dəfə “İnter”lə qarşılaşıb. Hər 2 oyunda heç də rəqibdən pis oynamamışıq. İnanıram ki, kuboku 3 ildən sonra yenə də başımızın üzərinə qaldıracağıq”.


Son xəbərlər