“Simurq” 4 futbolçu ilə yollarını ayırdı

“Simurq” 4 futbolçu ilə yollarını ayırdı
ÖLKƏ FUTBOLU 21 May 2009 / 14:39 2356
-  A +

“Təbii ki, yeni transferlərimiz olacaq. Amma indi həmin futbolçuların adlarını açıqlaya bilmərəm. Hazırda danışıqlarımız davam edir. Ortaq məxrəcə gələn kimi, həmin futbolçuların adlarını açıqlayacağıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Simurq”un prezidenti Zaur Məmmədov deyib. Klub başçısı bildirib ki, yeni transferlər olduğu kimi, komandanın tərk edənlər da var: “Artıq 4 futbolçu ilə yollarımız ayırmışıq. Arif İsayev, Samir Abdulov, Cavad Mirzəyev və Fizuli Məmmədovla komanda yollarını ayırdı. Fizulini biz icarəyə götürmüşdük. Onun icarə müddəti artıq başa çatıb. Baş məşqçimiz onu yeni mövsümdə komandada görmək istəmədi”.    

Daha çox


Son xəbərlər