Diqqət: yığmalar oynayır!

ETOPAZ 12 Oktyabr 2012 / 18:44 3251
-  A +

2 günlük durğunluqdan sonra www.etopaz.az növbəti zəngin proqramla proqnoz həvəskarlarının qarşısına çıxır. Bu günkü proqram milli komandaların oyunları üzərində qurulub.

Seçim imkanınız genişdir: 19 yaşlı futbolçuların seçmə oyunlarına da mərc edə bilərsiz, 21 yaşlıların da. Əsas milli komandaların görüşləri də öz yerində. Avropa, Cənubi, Mərkəzi və Şimali Amerikanın bir çox milli komandaları bü gün 2014-cü il dünya çempionatının seçmə oyunlarına çıxacaq.

Seçmə mərhələdə bu tur istirahət edən bəzi komandalar isə yoldaşlıq matçlarında qüvvəsini sınayacaq. Azərbaycan yığmasının adına bu günkü proqramda rast gəlməyəcəksiz. Oktyabrın 16-da Moskvada Rusiya ilə seçmə oyuna çıxacaq milli komandamız bu tur istirahət edir. Gələcək rəqibimiz Rusiya isə bu axşam öz meydanında Portuqaliya ilə ağır qarşılaşmaya çıxacaq.

www.etopaz.az proqramda yer alan 49 matçdan 16-sını proqnozsevərlərə "tək oyun" kimi təqdim edir ki, həmin qarşılaşmalardan biri də məhz Rusiya-Portuqaliya görüşüdür. Saat 20-də başlanacaq bu dueldə rusların qələbə əmsalı 2.30, Portuqaliyanın isə 2.50-dir. Heç-heçə 3.10 əmsalla dəyərləndirilir.

Qardaş ölkə Türkiyənin milli komandası isə doğma azarkeşlər önündə Rumıniya ilə üz-üzə gələcək. www.etopaz.az türklərin qələbəsini 1.50 əmsalla qiymətləndirir.Heç-heçənin əmsalı 3.50-yə bərabərdir. Rumınların sürpriz qələbəsi isə bu komandaya inananlara 5 dəfə artıq qazandıracaq.

Günün digər maraqlı qarşılaşmalarından İrlandiya-Almaniya, İsveçrə-Norveç, Serbiya-Belçika, Argentina-Uruqvay və Kolumbiya-Paraqvay görüşlərini göstərmək olar. Ümidvarıq ki, milli komandaların oyunları www.etopaz.az müştəriləri üçün uğurlu olacaq. www.etopaz.az sizin rahat oynamanız üçün hər dəfə daha münasib şərtlər ortaya qoyur.


Etopaz.az


Son xəbərlər