Həmyerlimiz Ukrayna çempionatında dubl etdi

XƏBƏR 21 May 2009 / 11:49 2083
-  A +

Həmyerlimiz - Ruslan Zeynalovun çıxış etdiyi Ukraynanın “Desna” klubu birinci divizionda növbəti oyun unu keçirib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Desna” öz meydanında “Volın”ı qabul edib. Yəqin ki, futbol azarkeşləri bu komandanı yaxşı tanıyırlar. Çünki bir neçə il əvvəl “Volın” Ukrayna çempionatının yüksək liqasında çıxış edərkən Samir Əliyevlə Kamal Quliyev məhz bu komandanın heyətində uğurlu çıxış edirdilər. Lakin hazırda “Volın” keşmişdəki kimi əzəmətli görünmür. Təsadüfi deyil ki, “Volın” Ruslanın komandasına böyükhesabla uduzub. “Desna” rəqibinin qapısından 4 cavabsız qol keçirib. Bu qollardanm ikisinə məhz həmyerlimiz imza atıb. “Desna”nın heyətində Ruslandan başqa Qrebinyukla Şarpar da fərqləniblər. Bu qələbə sayəsində xalını 43-ə çatdıran “Desna” turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı