“Şaxtyor” UEFA Kubokunu qazanaraq, tarixə düşdü

“Şaxtyor” UEFA Kubokunu qazanaraq, tarixə düşdü
DÜNYA FUTBOLU 21 May 2009 / 11:22 2506
-  A +

Dünən 2008/09 mövsümündə UEFA Kubokunun final oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilən həlledici qarşılaşmada Ukraynanın “Şaxtyor” klubu Almaniya təmsilçisi “Verder”lə üz-üzə gəlib. Oyunda hesabı “Şaxtyor” açıb. 25-ci dəqiqədə Luis Adriano ukraynalı azarkeşləri ayağa qaldırıb. Lakin “Şaxtyor”un sevinci çox çəkməyib. 10 dəqiqə sonra Naldo “stastus-kvo”nu bərpa edib. Bununla belə, Mirça Luçeskunun yetirmələri rəqibini məğlub etməyi bacarıb. I əlavə hissədə Cadson komandasına kuboku qazandıran qola imza atıb. Bununla da “Şaxtyor” eyni zamanda 3 tarixi uğura imza atıb. Donets təmsilçisi tarixində ilk dəfə olaraq UEFA Kubokuna sahib çıxıb. Bu həm də Ukrayna futbolu tarixində ilk belə nailiyyətdir. Digər tərəfdən də “Şaxtyor” bu mövsüm sonuncu dəfə keçirilən UEFA Kubokunu qazanaraq, bu yarışın son qalibi kimi tarixə düşüb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın