Özbəkistanın baş məşqçisi: “Nəticə bizim üçün önəmli olmasa da...”

Özbəkistanın baş məşqçisi: “Nəticə bizim üçün önəmli olmasa da...”
XƏBƏR 21 May 2009 / 11:07 2050
-  A +

“Bizim üçün nəticə önəmli deyildi. Əsas məqsədimiz heyətimizi komplektləşdirməkdir. Buna baxmayaraq, qələbə qazanmaq da pis deyil. Hesab edirəm ki, oyunda üstün tərəf biz idik və nəticə oyuna görə oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızı məğlub edən Özbəkistanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ahmadjan Ubaydullayev deyib. Ubaydullayev millimizi heyətində iki futbolçunun oyununu bəyəndiyini vurğulayıb: “Hər iki komanda layiqli mübarizə apardı. Qol vurduqdan sonra qapımızın toxunulmazlığını qorumağa çalışdıq və buna da nail olduq. Sizin komanda da Elvin Məmmədov və Eşqin Quliyevin oyunu daha xoş təsir bağışladı. AFFA rəhbərliyinə bizim üçün hər cür şərait yaratdıqlarına görə öz minnətdarlığımızı bildiririk”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı