U-21 Özbəkistanın U-20-ilə bacarmadı

U-21 Özbəkistanın U-20-ilə bacarmadı
XƏBƏR 20 May 2009 / 19:52 2519
-  A +

Bu gün saat 18:00-da Lənkəran şəhər stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın U-20 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
                                          ***
Komandaların heyətləri artıq məlumdur:
Azərbaycan:
12.Osman Umarov, 2.Maksim Medvedyev, 5.Tural Nərimanov, 6.Taqim Novruzov, 9.Elvin Məmmədov, 11.Rauf Əliyev, 10.Eşqin Quliyev, 14.Rahid Əmirquliyev, 15.Nodar Məmmədov(k), 17.Araz Abdullayev, 20.Cavid İmamverdiyev
Ehtiyat oyunçular:
1.Elçin Sadıqov, 7.Pərvin Paşayev, 8.Emin Cəfərquliyev, 13.Şəhriyar Rəhimov, 4.Bəxtiyar Soltanov, 21.Mixail Zaytsev, 22.Rüstəm Novruzov, 3.Fərrux Rəhimov
Özbəkistan:
24.Daniyar Usmonov, 6.Abdukaxxor Xociəkbərov, 13.Kamoliddin Taciboyev, 3.Sərvər Atabayev, 2.Şerzod Əzəmov, 11.Fayzulla Qəmbərov, 8.Fazıl Musayev (k), 23.Zoxir Pirimov, 17.Şükrat Muhamadiyev, 9.Kenca Turayev, 26.Sənət Şixov
Ehtiyat oyunçular: 1.Səncər Kuvvatov, 5.Dilyorbek Ermetov, 14.Zoxid Raupov, 24.Qulom Urunov, 15.Alişbek Samatov, 22.Doston Abdurahmanov, 16.Oybek Kilişev, 18.İvan Naqayev
                                          ***
Oyun başladı.
                                          ***
Qarşılaşmanın ilk yarım saatı artıq geridə qalsa da, matçda hesab açımlayıb. Milli komandamız ərazi üstünlüyünə malikdir.
                                         ***
QOL. Qonaqlar hesabı açdılar. Millimiz rəqibinə 0:1 hesabıyla uduzur. Millimizin qapısına Zoxir Pirimov yol tapıb. 
                                         ***
Birinci hissə başa çatdı. 
                                         ***
İkinci hissə başladı. 
                                         ***
Komandamız ikinci hissəyə aramsız hücumlarla başlasa da, hələ ki hesabı bərabərləşdirməyə müvəffəq olmayıb. 
                                         ***
Oyun başa çatdı. 21 yaşadək futbolçulardan ibarət milli komandamız Özbəkistanın 20 yaşlılarıyla bacarmadı.
 


Son xəbərlər