“Neftçi” daha 3 futbolçuya qapını göstərdi

“Neftçi” daha 3 futbolçuya qapını göstərdi
ÖLKƏ FUTBOLU 20 May 2009 / 18:10 2546
-  A +

İki gün öncə bolqarıstanlı futbolçular Svetoslav Stefanov və Vladimir Olefirlə yollarını ayıran Bakının “Neftçi” klubu daha 3 oyunçuya da qapını göstərib. Bu məlumatı Qol.Az-a klubun vitse-prezidenti İlqar Quluzadə deyib. Həmin futbolçular isə qapıçı Tomas Bobellə irlandiyalı müdafiəçilər Jon Tamburasla  Cozef Kendrikdir. Quluzadənin sözlərinə görə, hər 3 futbolçunun klubla müqavilələri başa çatmışdı və baş məşqçi Böyükağa Ağayevə lazım olmadıqlarından “Neftçi” onlarla yollarını ayrılıb. Qeyd edək ki, adiçəkilən futbolçuların hər üçü almaniyalı Hans Yurgen Gedenin dövründə kluba dəvət olunmuşdular.

 

 

Daha çox


Son xəbərlər