“Turan”ın baş məşqçisi: “Bu vəziyyətdə komandada heç kim qalmayacaq”

XƏBƏR 20 May 2009 / 16:40 2274
-  A +

“Düzü, bilmirəm komanda nə vaxt bir araya gələcək, nə vaxt məşqlərə başlayacaq. Çünki hələ rəhbərliklə görüşümüz olmalıdır. Onlar özləri də komandanın elitada qalması münasibəti ilə kollektivlə görüşmək istəyirlər. Orada hər şeyə aydınlıq gəlməlidir. Heç mənim özümün də “Turan” da qalıb-qalmayacağım məlum deyil”. Bu sözləri Qol.Az-a “Turan”ın baş məşqçisi Rasim Əliyev deyib. Əliyev maddi vəziyyətin ağır olaraq qaldığını və sponsor məsələsində də heç bir yeniliyin olmadığını bildirdi. O, Ruslan Abbasov və Nadir Nəbiyev kimi təcrübəli futbolçuların komandada ayrılmaq ehtimalının böyük olduğunu dedi: “Nəinki təkcə Ruslan və Nadir, bu vəziyyətdə ümumiyyətlə, heç kim komandada qalmayacaq. Sağ olsunlar, gəldilər, 6 ay komandaya kömək elədilər, “Turan”ı elitada saxladılar. Daha kömək nə qədər olar? Futbolçuların da ailəsi var, onları dolandırmalıdırlar”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın