Alleqri: "Hakim derbinin taleyini həll etdi"

Alleqri: "Hakim derbinin taleyini həll etdi"
XƏBƏR 8 Oktyabr 2012 / 13:24 1532
-  A +

"Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri dünən "İnter"lə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis matçın baş hakimindən narazılığını ifadə edib:

"Hakimlər haqqında heç vaxt danışmamışam. Ancaq bu dəfə danışmaq məcburiyyətindəyəm. Derbidə hakim bir neçə yanlış qərarlar qəbul etdi. İlk hissəni erkən bitirdi və bizim əleyhimizə qərarlar verdi.

Referi Robinyonun epizodunda penalti təyin etməli və Naqatomonun hərəkətini qırmızı vərəqə ilə cəzalandırmalı idi. Lakin hakim fərqli qərar verdi. Təbii ki, bunlar məğlubiyyətə bəhanə ola bilməz. Lakin hakim verdiyi qərarlarla derbinin taleyini həll etdi".

Qeyd edək ki, "Milan" - "İnter" matçı 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord