Əcnəbi jurnalistlər "Qəbələ"nin bazasında oldular

Əcnəbi jurnalistlər "Qəbələ"nin bazasında oldular
XƏBƏR 8 Oktyabr 2012 / 12:53 1413
-  A +

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə ölkəmizdə həyata keçirdiyi Gənc Reportyorlar Proqramının üzvləri proqram çərçivəsində “Qəbələ” FK-nın bazasını ziyarət ediblər.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, beş qitəni – Avropa, Asiya, Amerika, Afrika və Okeaniyanı təmsil edən, yerli jurnalistlərin də daxil olduğu 25 nəfərlik heyət gəzinti zamanı klub bazası, hazırda davam edən akademiya tikintisi və meydançalarla yaxından tanış olublar.

Layihə iştirakçıları üçün təşkil olunmuş qısa brifinq zamanı gənc jurnalistlərə klubun və futbol akademiyasının fəliyyəti və gələcək planlar barədə məlumat verilib. Yekunda proqram üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

"Qəbələ" FK-nın təlim-məşq bazası ilə tanışlıqdan sonra gabalafc.az-la fikirlərini bölüşən Gənc Reportyorlar Proqramının rəhbəri Keir Reydnic gördüklərinin onu yaxşı mənada təəcübləndirdiyini bildirib:

“Burada çox mükəmməl layihələrin reallaşdırıldığının şahidi oldum və gördüklərim məni yaxşı mənada təəcübləndirdi. Əminliklə söyləyə bilərəm ki, “Qəbələ” FK doğru yoldadır. Qəbələdə görülən işlər Azərbaycan futbolunun möhkəm təməllər üzərində inkişaf etməsini təmin edir. Həyata keçirilənlər təkcə futbolla bağlı deyil, bu həm də sosial prosesdir. Belə gözəl, hər cür şəraitə malik bazanın tikilməsi uşaqlara futbolu sevdirir. Bu günün uşaqları isə gələcəyin potensial futbolçuları, məşqçiləri və azarkeşləridir. “Qəbələ”yə layihələrin reallaşdırılmasında uğurlar arzulayıram”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı