Mourinyo: “Messi və Ronaldo başqa planetin adamlarıdır”

Mourinyo: “Messi və Ronaldo başqa planetin adamlarıdır”
GÜNDƏM 8 Oktyabr 2012 / 11:15 2750
-  A +

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo La Liqada dünən “Barselona”ya qarşı səfərdə keçirilən oyunla (2:2) bağlı fikirlərini bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşdən sonra təşkil olunan mətbuat konfransında o deyib ki, bütün dünya bundan sonra da hər iki komanda arasında matçı görməkdən məmnun qalacaq: “Bu qarşılaşmada azarkeşlərin futbolda sevdiyi hər şey var idi. Bu, əla bir oyun oldu. Bununla bağlı Tito Vilanovaya da fikrimi söylədim. Nəticə ədalətlidir”.

Mourinyo jurnlistlərin hakimliklə bağlı sualına belə cavab verib: “Real” centlmenlərin klubudur. Burada hakimlik haqda mənfi danışmaq yaxşı hal kimi qəbul olunmur. Əgər klubun belə bir siyasəti varsa, mən də buna əməl etməliyəm. Düzü, bu siyasəti bəyənirəm. Oyun məni qane etdi. Hakim Delqado yaxşı idarəçilik etdi. O, cəmi bir, amma vacib səhvə yol verdi”.

Mourinyo “Real”ın türk əsilli futbolçusu Məsut Özilin oyununda razı qaldığını da söyləyib.

Portuqaliyalı mütəxəssis “Qızıl top” mükafatının qalibi adına namizədlə bağlı fikirlərini də açıqlayıb: “Mənə elə gəlir ki, bu mövzuda danışmağı artıq qadağan etmək lazımdır. Çünki Messi və Ronaldo başqa planetin adamlarıdır. Əlbəttə, çox istəyirəm ki, mənim futbolçum birinci olsun. Çünki o, dünyanın ən yaxşı çempionatının qalibi olub. Amma həqiqəti demək lazımdırsa, hər iki futbolçu əla səviyyədə oynayır”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord