Ronaldo "El Klassiko"nun tarixinə düşdü

Ronaldo "El Klassiko"nun tarixinə düşdü
XƏBƏR 8 Oktyabr 2012 / 03:22 2730
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu "El Klassiko" tarixinə düşüb.

La Liqanın sonuncu turu çərçivəsində səfərdə "Barselona" ilə görüşdə 2 qola imza atan Ronaldo ardıcıl 6 "El Klassiko"da fərqlənən ilk oyunçu olub.

27 yaşlı futbolçu son 6 "El Klassiko"da fərqlənməklə "Real"ın sabiq futbolçusu İvan Zamoranonu geridə qoyub. 1992-1996 illərdə "Real"ın şərəfini qorumuş Zamorano ardıcıl 5 "El Klassiko"da rəqib qapıya yol tapmışdı.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu 2:2 hesabı ilə başa çatmışdı.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı