Rauf Mehdiyev: “İstədim, görüm, rayon ab-havası indi necədir”

XƏBƏR 20 May 2009 / 15:10 2071
-  A +

“Bilirsiniz ki, “Simurq” avrokuboklarda ölkəmizi təmsil edəcək. Bu isə böyük stimuldur. Məhz bu stimul olduğu üçün “Simurq”a keçdim. Çünki avrokuboklarda çıxış edəcək klubun formasını geyinmək istəyirdim. Zaqatala klubunun göstərdiyi oyun  çox xoşuma gəlir. Güclü komandadır. Özlərinə məxsus dəsti-xətləri var. Klubun gözəl bazası, şəraiti var. Həm də çoxdandır rayon komandasında oynamırdım. Bilirsiniz ki, uzun  illər “Şəmkir”in formasını geyinmişdim. Həm də istədim, görüm, rayon ab-havası indi necədir”.  Bu sözləri Qol.Az-a “Simurq”la müqavilə bağlayan Azərbaycan milli komandasının qapıçısı Rauf Mehdiyev deyib. “Olimpik”lə müqaviləsinin başa çatdığını deyən Mehdiyev Zaqatala təmsilçisinin avroliqada uğurla çıxış edəcəyinə inandığını deyib: “Niyə də yox? Mən inanıram ki, “Simurq” avrokuboklarda da öz sözünü deyəcək”. Rauf paytaxt klublarından təklif almadığını da söyləyib: “Çempionat yenicə qurtardığından heç kim tərəfindən təklif yox idi. Həm də “Simurq”la bir müddət idi danışıq aparırdıq və oraya gedəcəyimi qətiləşdirmişdim”.

 


Son xəbərlər