Millimizin Avropa çempionatındakı rəqibləri məlum oldu

Millimizin Avropa çempionatındakı rəqibləri məlum oldu
XƏBƏR 8 Oktyabr 2012 / 01:52 1441
-  A +

Voleybolçu qadınlar arasında 2013-cü il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin çıxış edəcəyi qrup müəyyənləşib.

Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu yarışına qatılacaq baş məşqçi Faiq Qarayevin komandası C qrupunda Rusiya, Xorvatiya və Belarus – Slovakiya görüşünün qalibinə rəqib olub. Komandamız oyunlarını Almaniyanın Drezden şəhərində keçirəcək.
Başqa qrupların tərkibi:

A qrupu ( Halle/Festfalen, Almaniya): Almaniya, Türkiyə, İspaniya, Hollandiya

B qrupu (Surix, İseçrə): İsveçrə, Italiya, Belçika, Ukrayna – Fransa görüşünün qalibi

D qrupu (Şverin, İsveçrə): Polşa, Serbiya, Bolqarıstan, Rumıniya – Çexiya görüşünün qalibi

Qeyd edək ki, Avropa çempionatı Almaniya və İsveçrədə keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord