“Azərbaycan xalqının qonaqpərvərliyini hələ də unuda bilmirəm”

“Azərbaycan xalqının qonaqpərvərliyini hələ də unuda bilmirəm”
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2012 / 17:00 3569
-  A +

“Qarabağ”ın avrokuboklardakı iştirakı Azərbaycan futbolunun xeyrinə olardı. Çünki bu klubun heyətində Azərbaycanın gələcəyi olan futbolçular çıxış edir. Onlar eyni zamanda Azərbaycan millisinin də şərəfini qoruyurlar. Özüm oynadığım zamanda bunun şahidi olmuşdum. Ümumiyyətlə, “Qarabağ” infrastruktura malik komandadır. Rəhbərlik hər zaman futbolçuların qayğısına qalır. Bu komanda heyətini formalaşdırıb, kollektiv kimi özünü sübut etdiyindən Avropada ard-arda üç uğurlu mövsüm keçirdi”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri deyib.

Uzun illər Makedoniya millisinin də şərəfinini qorumuş futbolçu Azərbaycanda keçirdiyi günləri də yada salıb: "Azərbaycandakı həyatımı yaxşı xatırlayıram. Bu, elə də uzaq keçmişdə baş verməyib. Ölkənizdə yaxşı dostlarım var və onlarla əlaqə saxlayıram. Azərbaycan həmişə sabit vəziyyətdə qalan bir məkandır. İnanıram ki, ölkəniz inkişaf tempini bundan sonra da sürətləndirəcək və bu, futboldan da yan keçməyəcək. Azərbaycan xalqının qonaqpərvərliyini hələ də unuda bilmirəm. Halbuki biz şəhərin mərkəzində qalırdıq və orada müxtəlif millətin nümayəndələri yaşayırdı. Bununla belə, orada da azəri qonapərvərliyi ilə qarşılaşırdıq”.

Qeyd edək ki, 2008-09-cu il mövsümündə “Qarabağ”ən şərəfini qoruyan Şakiri Makedoniya millisinin heyətində də 75 oyun keçirmiş və İngiltərə millisi ilə “Uembli”dəki məşhur oyunda künc zərbəsindən Devid Simenə vurduğu möhtəşəm qolla da yadda qalmışdı. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı