Rauf Mehdiyev “Simurq”la müqavilə imzaladı

Rauf Mehdiyev “Simurq”la müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 20 May 2009 / 14:41 3317
-  A +

Mövsümü bürünc medalçı kimi bitirən və bununla da tarixində ilk dəfə olaraq ölkəmizi Avrokuboklarda təmsil edəcək “Simurq” artıq ilk transferini reallaşdırıb. Qol.Az-ın əldə etdiyi məlumata görə, Zaqatala təmsilçisi milli komandamızın və “Olimpik”in artıq sabiq hesab olunan qapıçısı Rauf Mehdiyevlə bu gün müqavilə imzalayıb. Sözləşmənin müddəti 1illikdir. “Simurq”un maraq dairəsində daha bir qapıçı - “Qəbələ”nin qolkiperi Anatoli Dorosevin adı olsa da, Zaqatala klubu sonda üstünlüyü Mehdiyevə verib. 

Daha çox


Son xəbərlər