İngiltərə Premyer Liqası: "Mançester Siti" və "Çelsi"dən növbəti qələbə

İngiltərə Premyer Liqası: "Mançester Siti" və "Çelsi"dən növbəti qələbə
GÜNDƏM 7 Oktyabr 2012 / 01:57 2475
-  A +

Futbol üzrə İngiltərə Premyer Liqasında VII turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Premyer Liqanın lideri "Çelsi" kluibu doğma azarkeşləri önündə "Norviç"i sınağa çəkib. Bu görüşdə rəqibinə aman verməyən "zadəganlar" 4:1 hesablı qələbə qazanıblar.

Son İngiltərə çempionu "Mançester Siti" də turu qələbə ilə başa vurub. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "şəhərlilər" ikinci hissədə daha iki qol vurmaqla görüşdən qalib ayrılıblar - 3:0.

Londonun "Arsenal" klubu bu tur səfərdə "Vest Hem"in qonağı olub. "Topçular" hesabda geri düşmələrinə baxmayaraq, görüşdən qalib ayrılıblar. Rəqibini 3 qolla cəzalandıran "Arsenal" xalını 12-yə yüksəldib.


 

 


6 oktyabr

İngiltərə Premyer Liqasında VII turun oyunları

"Mançester Siti" - "Sanderlend" - 3:0
Qollar:
Kolarov, 5 (1:0), Aquero, 60 (2:0), Milner, 89 (3:0)

"Uiqan" - "Everton" - 2:2
Qollar:
Kone, 10 (1:0), Yelaviç, 11 (1:1), Di Santo, 23 (2:1), Baynes, 87-pen (2:2)

"Vest Bromviç" - "Kvins Park Reyncers" - 3:2
Qollar:
Morrison, 5 (1:0), Gera, 22 (2:0), Taarabt, 35 (2:1), Mulumbu, 85 (3:1), Granero, 90 (3:2)

"Suonsi" - "Ridinq" - 2:2
Qollar:
Poqrebnyak, 31 (0:1), Hant, 44 (0:2), Miku, 71 (1:2), Routlec, 78 (2:2)

"Çelsi" - "Norviç" - 4:1
Qollar:
Holt, 11 (0:1), Torres, 14 (1:1), Lempard, 22 (2:1), Hazard, 31 (3:1), İvanoviç, 76 (4:1)

"Vest Hem" - "Arsenal" - 1:3
Qollar:
Diame, 21 (1:0), Jiru, 41 (1:1), Uolkot, 77 (1:2), Kazorlo, 83 (1:3)
 

 

7 oktyabr

"Sauzhempton" - "Fulhem"

"Tottenhem" - "Aston Villa"

"Liverpul" - "Stok Siti"

"Nyukasl" - "Mançester Yunayted"

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı