Quti: "El Klassiko" "Real" üçün final xarakteri daşıyacaq"

Quti: "El Klassiko" "Real" üçün final xarakteri daşıyacaq"
XƏBƏR 7 Oktyabr 2012 / 00:55 1786
-  A +

"Real" (Madrid) klubunun sabiq futbolçusu Quti Hernandez bu axşam keçiriləcək "El Klassiko" haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Cadena Cope"ə danışan ispaniyalı futbolçu bu matçın "Real" üçün final xarakteri daşıdığını bildirib:

"Ronaldo və Messini müqayisə etməyə dəyməz. Çünki hər ikisi dünyanın ən yaxşı oyunçularıdır. Ancaq Messi Ronaldodan bir qədər üstündür. Bu axşamkı oyuna gəldikdə isə gərgin görüş keçəcəyi məlumdur. "Barselona" üçün 3 xallıq bir oyundusa, axşamkı "El Klassiko" "Real" üçün final xarakteri daşıyacaq. Çünki "Barselona" qələbə qazanacağı təqdirdə xal fərqi 11-yə yüksələcək. Bununla da, "Real" üçün hər şey erkən bitə bilər".

Qeyd edək ki, "Barselona" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:50-də başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı