"Neftçi" klubunun prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına müsahibə verib.
"Neftçi" Azərbaycan futbolunda tarixi bir ilkə imza ataraq Avropa Liqası turnirinə vəsiqə qazandı...
- Klubumuz idman ictimaiyyətimizin illərlə gözlədiyi bir hadisəni gerçəkləşdirdi. "Neftçi" Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu. Amma bu nailiyyətin əldə olunması heç də asan başa gəlmədi. Bildiyiniz kimi mövsümün əvvəlində komandanın heytində bir sıra dəyişikliklər oldu. Heyəti avrokuboklarda mübarizə apara biləcək şəkildə qurmağa çalışdıq və buna nail olduq. Pley-off mərhələsinin cavab matçında "APOEL" kimi rəqibi səfərdə məğlub etməyi bacardıq. Serbiyada "Partizan"la keçirilmiş ilk qrup oyununda da komanda inamlı təsir bağışladı və nəticədə 1 xal əldə olundu. Şübhəsiz ki, belə bir mötəbər yarışın iştirakçısı olmaq yüksək təşkilatçılıq qabiliyyəti də tələb edir. Seçmə mərhələdən fərqli olaraq burada ən xırda detallar belə nəzərə alınır.
- Belə bir yarışda ilk dəfə mübarizə aparmaq bu tələblərin yerinə yetirilməsində çətinlik yaratmadı ki?
- İtaliya "İnter"i ilə keçirilmiş oyun təşkilatçılığın hansı səviyədə olduğunu bir daha nümayiş etdirdi. Matçın keçirilməsi üçün zəruri olan təşkilatı məsələlər artıq bir neçə gün öncədən həll edilmişdi. Oyunu izləyən UEFA nümayəndələri də hazırlıqdan və qarşılaşmanın təşkilindən tam razı qaldılar. Hətta onlar yaxşı mənada öz təəcccüblərini gizlətmirdilər. Stadionun oyuna hazır vəziyyətə gətirilməsi, azarkeşlərin qarşılaşmaya marağı, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması, ümumilikdə bütün məsələlər hərtərəfli şəkildə həll olunmuşdu. Bununla biz ilk addımı atdıq və gələcəkdə bu təcrübədən "Neftçi" ilə yanaşı, digər klublarımız da yararlanacaq.
- "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaqla "İnter" kimi adlı-sanlı klubu paytaxtımıza gətirdi. Üstəlik futbolçular belə bir rəqiblə açıq futbol nümayiş etdirdi.
- "İnter" dünyanın ən güclü 10 kollektivindən biridir. Rəqibin səviyyəsi haqqında danışmaq yəqin ki artıq olar. Buna baxmayaraq, "Neftçi" "İnter"lə matçda hücum futbolu nümayiş etdirdi. Yaradılan qol vəziyyətləri də onu deməyə əsas verir ki, "Neftçi" rəqibin kimliyindən asılı olmayaraq meydana qələbə əzmi ilə çıxmışdı. Doğrudur, rəqib təcrübə və futbolçuların ustalıq səviyyəsi baxımından daha üstün idi amma futbolçularımızın döyüşkən ruh nümayiş etdirməsi təqdirə layiq haldır. Matçın fasiləsində paltardəyişmə otağına daxil olub futbolçulara ilk hissəni unutmalarını və meydana toplaşmış 32 min azarkeş üçün oynamalarını söylədim. İkinci hissədə komanda özündə güc tapıb oyunda dönüş yaratdı və rəqib qapısına yol tapdı. Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev də futbolçularla görüşüb onlara öz tövsiyyələrini verdi. AFFA prezidentinin onlardan uğur gözləməsi normal haldır. Ümumiyyətlə istər klub, istrəsə də milli komanda olsun fərqi yoxdur, bu gün Azərbaycan bayrağı altında meydana çıxan hər bir futbolçu yalnız qələbəyə köklənməlidir. Futbolumuza göstərilən diqqət və qayğının əvəzi yalnız uğur qazanmaqla verilə bilər.
- Belə bir turnirdə mübarizə aparmaq yerli futbolçular üçün də fürsətdir. Bütün Avropa ölkələrinin diqqəti onların üzərindədir.
- Təbii ki, bu gənc yerli futbolçular üçün əlverişli bir imkandır. Əgər bu gün Cavid İmamverdiyev, Araz Abdullayev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə ,Tərlan Quliyev, Emin Mehtiyev və Kamil Nurəhmədov kimi gənclərə şans verməsək, onların inkişafından danışmaq yersiz olar. Futbolçular belə qarşılaşmalarda püxtələşir. Məsələn, İtaliya "İnter"i ilə oyunu dünyanın ən məşhur idman telekanalları yayımlayırdı. Bu özündə milyonları cəmləyən auditoriya anlamına gəlir. Diqqət mərkəzində olmaq əlavə məsuliyyət tələb edir. Futbolçular bu məsuliyyəti anlayır və eyni zamanda ən yaxşı keyfiyyətlərini ortaya qoymağa çalışırlar. Nəticə etibarilə bizim əsas məqsədimiz "Neftçi"yə və milli komandamıza layiqli futbolçular yetişdirməkdir.
- Avropa Liqası turniri ilə yanaşı "Neftçi" ölkə çempionatında da mübarizə aparır. İki cəbhədə yarışmaq daha çətin deyil ki?
-"Neftçi" son iki mövsümdə ölkə çempionatının qalibi olub. Bu il də məqsədimiz titulu qoruyub saxlamaqdır. Avropa Liqası önəmli bir yarışdır amma bu daxili çempionatdakı iddiamızı qətiyyən azaltmır. "Neftçi" iştirakçısı olduğu bütün yarışlarda meydana yalnız qələbə üçün çıxır. Bəzi çempionat oyunlarımızın keçirilmə tarixi qrafik sıxlığı səbəbindən dəyişdirilib. Bu səbəbdən də "Neftçi" digər klublardan daha az oyun keçirib. Ehtiyatda olan qarşılaşmalarda qələbə qazanaraq turnir cədvəlindəki lider mövqeyimizi qaytaracağımızı düşünürəm.
- "Neftçi" qazandığı uğurla azarkeşləri də stadionlara qaytardı. "İnter"lə oyunun biletləri bir gün öncədən satılıb qurtarmışdı.
-Futbol gözəlləşdirən azarkeşlərdir. Çox istərdik ki, italyanlarla oyunda gördüyümüz dəstəyi hər qarşılaşmada hiss edək. Nikosiyada, Serbiyada irqçi şüarlar səsləndirməklə bizə təzyiq göstərməyə çalışan fanatların tam əksi olaraq azarkeşlərimiz xalqımızın malik olduğu yüksək əxlaqi keyfiyyətləri və mədəniyyətimizi nümayiş etdirdilər. Oyun başa çatdıqdan sonra hər iki komandanın üzvləri alqış sədaları altında meydançanı tərk etdi. Bütün əcnəbi jurnalistlər və digər qonaqlar Azərbaycandakı azarkeşlik mədəniyyətini gördü. Avropa Liqasınin qrup mərhələsində Bakıda daha daha 2 oyun keçirəcəyik. İnanırıq ki, həmin görüşlərdə də mərkəzi arena tamamilə dolacaq. Azarkeşlərimiz böyük oyunları izləməyə layiqdir.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol