Toni Adams: "Van Persinin satışı səhv addım idi"

Toni Adams: "Van Persinin satışı səhv addım idi"
XƏBƏR 6 Oktyabr 2012 / 14:42 1795
-  A +

"Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams uzun müddət şərəfini qoruduğu "Arsenal" komandası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, BBC-ə danışan "Arsenal"ın sabiq kapitanı "topçular"ın mövsümün əvvəlində Robin Van Persini "Mançester Yunayted"ə satmasının səhv addım olduğunu bildirib:

"Məncə, Van Persinin "Mançester Yunayted"ə satılması səhv addım idi. Hollandiyalı futbolçu daha 5 il "Arsenal"da oynaya bilərdi. Ümid edirəm ki, "Arsenal" bu mövsüm hər şeyi qazanacaq. Lakin real baxsaq, onlar yenə də bütün turnirlərdə uduzacaqlar".

Qeyd edək ki, 1983-2002-ci illərdə "Arsenal"da çıxış edən Adams keçirdiyi 504 oyunda 32 qola imza atıb.


Son xəbərlər