Valentin Xodukin: “Finala həmişəki qaydada hazırlaşırıq”

Valentin Xodukin: “Finala həmişəki qaydada hazırlaşırıq”
XƏBƏR 20 May 2009 / 14:21 2137
-  A +

“Komandamızın hazırlıq planında heç bir dəyişiklik yoxdur. Finala həmişəki qaydada hazırlaşırıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri mayın 23-də ölkə kubokunun finalında “Qarabağ”la qarşılaşacaq “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis bildirib ki, yeganə problem Şişkinin yoxluğudur: “Hazırlığımız plana uyğun davam edir. Heyətlə bağlı da elə bir problemimiz yoxdur. Yalnız Oleq Şişkinin yoxluğu məni narahat edir. Şişkin son matçda sarı vərəqə limitini doldurduğundan finalda komandamıza kömək edə bilməyəcək. O ki qaldı, rəqibə, mən “Qarabağ” haqda heç nə deyə bilmərəm”.
    

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın