Xavi: "El Klassiko" siyasət deyil, futbol oyunudur"

Xavi: "El Klassiko" siyasət deyil, futbol oyunudur"
XƏBƏR 6 Oktyabr 2012 / 13:47 2084
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez La Liqanın növbəti turu çərçivəsində sabah axşam qarşılaşacaqları "Real" (Madrid) klubu ilə görüş haqda danışıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu "El Klassiko"nun siyasət deyil, bir futbol oyunu olduğunu bildirib:

"Sabahkı görüşdə qələbə bizim üçün çox vacibdir. Çünki bu oyunda qələbə qazanacağımız təqdirdə La Liqada ən böyük rəqibimizi 11 xal qabaqlayacağıq ki, bu da psixoloji baxımdan bizə əlavə üstünlük verəcək. Ancaq "Real"ı məğlub etmək hər şey demək deyil. Çünki qarşıda bizi uzun marafon gözləyir.

Komandada Puyolu nəzərə almasaq, hər şey qaydasındadır. "El Klassiko"nu siyasi oyun səviyyəsinə təkcə biz gətirmədik. Kataloniyada olan vəziyyət göz qabağındadır. Lakin onu deyim ki, "El Klassiko" siyasət deyil, bir futbol oyunudur. Əgər sabah topa sahib olub və oyuna yaxşı köklənsək, "Real"ı məğlub edəcəyik".

Qeyd edək ki, "Barselona" - "Real" (Madrid) oyunu sabah axşam, Bakı vaxtı ilə saat 22:50-də başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın