"Azərbaycandakı dünya çempionatında təşkilatçılıq çox yüksək səviyyədədir"

"Azərbaycandakı dünya çempionatında təşkilatçılıq çox yüksək səviyyədədir"
XƏBƏR 6 Oktyabr 2012 / 13:09 1421
-  A +

Bakıda səfərdə olan FİFA-nın vitse-prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü İssa Hayatou AFFA-nın rəsmi saytına qısa müsahibə verib:
 
- FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati səviyyəsini necə qiymətləndirirsiniz?

- Təşkilat standartları baxımından hər şey çox yüksək səviyyədədir.
 
- Turnirin təşkili ilə bağlı yadınızda qalan əsas məqam nə olacaq?

- Yerli Təşkilat Komitəsi üzvlərinin hər yerdə fəal olması. Onlar ehtiyac duyulan istənilən məkanda aktivdirlər. YTK olaraq xidmət və həmin xidmətin təşkili baxımından onlar çox gözəl fəaliyyət göstərirlər.
 
- Sizcə, Azərbaycanın bu dünya çempionatına ev sahibliyi etməsi növbəti beynəlxalq turnirlərin təşkili üçün ölkənin şanslarını artırırmı?

- İdman infrastrukturu, otellər və təşkilatçılıq səviyyəsi – bütün bunlar onu göstərir ki, Azərbaycan digər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər güclü potensiala malikdir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı