“Bakı”nın xorvatiyalı futbolçusu: “Azərbaycanın iddialı klublarının büdcəsi bolqar klublarının büdcəsindən xeyli çoxdur”

“Bakı”nın xorvatiyalı futbolçusu: “Azərbaycanın iddialı klublarının büdcəsi bolqar klublarının büdcəsindən xeyli çoxdur”
XƏBƏR 20 May 2009 / 12:58 2507
-  A +

“Azərbaycanda futbol çox böyük sürətlə inkişaf edir. Bu bütün ölkə ərazisini əhatə edir. Bu sözləri təkcə futbol yox, ümumiyyətlə bütün idman növləri haqqında demək olar. Haraya gedirsən böyük olimiya kompleksləri görürsən.Hər bölgədə olimpia mərkəzləri var. Dövlət özü də idmanın inkişafında birbaşa maraqlıdır.Çünki beynəlxalq arenada idmana həm də dövlətin ən yaxşı reklamı kimi baxırlar”. Bu sözləri “Bakı”nın heyətində Azərbaycan çempionatının qızıl medallarını qazanan xorvatiyalı Aleksandr Tomas Bolqarıstanın “Qonq” nəşrinə verdiyi açıqlamasında deyib. Tomas Azərbaycan klublarının yaxşı maddi imkanlara malik olduğunu, hətta bu baxımdan Bolqarıstanı da geridə qoyduğunu deyib: “Azərbaycanda futbola böyük sərmayə qoyulur. İş adamları bu sahəyə böyük dəstək verir. 4-5 komanda var ki, maddi imkanları daha yaxşıdır və çempionluq uğurunda mübarizə aparırıar. Hətta mən deyərdim Azərbaycanın iddialı klublarının büdcəsi bolqar klublarının büdcəsindən xeyli çoxdur. İnsanlaın bu idman növünə xeyli marağı var”. 29 yaşlı müdafiəçisi sabiq klubu “Çerno More”nin Bolqarıstan çempionatında göstərdiyi son nəticəyə də münasibət bildirib: “İmkan tapdıqca Boqlarıstan çempionatını da izləyirəm. Çox şadam ki, “Çerno More” son mövsümü uğurla keçirərək mövsümü 3-cü pillədə tamamlaya bildi. Onlara avrokuboklarda uğurlar arzulayıram”.
Qeyd edək ki, xorvatiyalı Tomas Azərbaycana gəlməmişdən öncə Bolqarıstan MOİK və “Çerno More” klublarının şərəfini qoruyub və bu ölkədə kifayət qədər tanınır.

 



 


Son xəbərlər