Almaniya millisinin heyəti açıqlandı

Almaniya millisinin heyəti açıqlandı
XƏBƏR 20 May 2009 / 12:01 3483
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoaxim Löv avqustun 12-də Bakıda Azərbaycan millisi ilə dünya çempionatının seçmə oyununa hazırlıq məqsədi ilə Çində təşkil olunacaq turnirə aparacağı heyəti açıqlayıb. Qol.Az-ın məlumatına görə siyahıda 4 yeni futbolçunun adı yer alıb. Bunlardan “Ştutqart”lı Kakau ilə Kriştian Treş məlum idi. Dünən isə daha iki futbolçunun adı da buraya əlavə olunub. Bunlar “Şalke”nin 21 yaşlı qapçısı Manuel Noyer və “Volfsburq”lu Kristian Qentnerdir. Çinə gedəcək 18 nəfərlik yekun heyəti isə belədir:
Qapıçılar: Robert Enke (“Hannover”), Manuel Noyer (“Şalke”)
Müdafiəçilər: Vestermann (“Şalke”), Anre Fridrix (“Herta”), Xinkel (“Seltik”, Şotlandiya), Robert Hut (“Midlsbro”, İngiltərə), Filip Lam (“Bavariya”, Almaniya), Şefer (“Volfsburq”), Kristian Treş (“Ştutqart”)
Yarımmüdafiəçilər: Tomas Hitslşberger (“Ştutqart”), Kristian Qentner (“Volfsburq”), Yansen, Troxovski (hər ikisi “Hamburq”), Vays (“Hoffenhaym”), Bastian Şvaynştayger (“Bavariya”)
Hücumçular: Lukas Podolski (“Bavariya”), Mariso Qomes, Kakau (hər ikisi “Ştutqart”)
Sonda qeyd edək ki, “Asiya turniri” çərçivəsində milli komandamızın rəqibi mayın 29-da Şanxayda Çinlə, iyunun 2-də isə Dubayda Birləşmiş Ərəb Əmirliyinin milli komandası ilə qarşılaşacaq.   

 

 

 

 


Son xəbərlər