«Muğan»ın rəsmisi komandasının uğursuz çıxışlarının səbəbini açıqladı

XƏBƏR 3 Dekabr 2008 / 16:02 3337
-  A +

«Muğan» klubunun icraçı direktoru Füzuli Əliyev komandalarının premyer-liqadakı uğursuz çıxışları ilə bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın əməkdaşıyla söhbətində F.Əliyev onları çempionatın başlanmasına 20 gün qalmış premyer-liqada çıxış etmək üçün təklif gəldiyini, ona görə də istədiyikləri heyəti yığa bilmədiklərini söyləyib: «Heyətimizdə görmək istədiyimiz futbolçular artıq başqa komandalarda idilər». Bundan başqa F.Əliyev zəif çıxışlarını stadion və baza problemləri ilə da əlaqələndirib: «Bu problemləri həll edib, ikinci dövrəyə layiqli bir komanda çıxarmağa çalışağacıq. Bizim heyət hələ komplekləşmiyib, bəzi oyunçuları əvəzedici heyətə göndərmişik. Çalışacaqıq ki, həmin boşluqları dolduraq. Bu zaman biz həm yerli, həm də əcnəbi futbolçulara yer verəcəyik».
F.Əliyev ikinci dövrədə də baş məşqçi  Vladislav Qədirovla işləyəcəklərini vurğulayıb: «Obidikeylə müqaviləni pozub onu «Neftçi»yə qaytarmışıq. Zeynal Zeynalovla bağlı məsələni isə da həll edib bu günlərdə ona azad transfer hüququ verəcəyik”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki