“Bakı”nın futbolçusu tarixə düşdü

“Bakı”nın futbolçusu tarixə düşdü
XƏBƏR 20 May 2009 / 11:56 2271
-  A +

“Bakı”nın futbolçusu Rəhman Hacıyev rekorda imza atıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Rəhman Azərbaycan futbolu tarixinə ən gənc ölkə çempionu kimi düşüb. “Muğan”la qarşılaşmada meydana çıxan Hacıyev həmin gün 15 yaş 9 aylığında idi. 
XVII Azərbaycan Premyer Liqası son turunun "Bakı" -"Muğan" (4:0) qarşılaşmasının 86-cı dəqiqəsində Uilyam Roşa Batistanın əvəzinə meydana çıxan 2 nömrəli futbolçu Rəhman Hacıyev topla ilk təmasında qol ötürməsi verdi.
15 yaşlı futbolçunun debütu o qədər inamlı alındı ki, oyunu tribunadan izləyən AFFA prezidenti Rövnəq Abdullayev də gənc istedadın hərəkətlərini alqışladı.
Rəhman Haciyev 1994-cü ilin iyul ayında Tovuz şəhərində anadan olub. Bir ilə yaxındır ki, "Bakı" futbol klubunun əvvəlcə U-15, ardından isə 17 yaşlılardan ibarət komandasında forma geyir. Vunderkind futbolçu "Bakı" U-17 komandasının məşqçisi Məqsəd Yaqubəliyevin yetirməsidir və fitri istedadı ilə Coko Hacıyevskinin diqqətini çəkib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı