Mahaçqalada canlı, Bakıda CANIMIZ olan oyun

ETOPAZ 4 Oktyabr 2012 / 13:05 4230
-  A +

Bu qeyri-adi sərlövhə yəqin sizi bir qədər təəccübləndirdi. Söhbət  www.etopaz.az-ın bugünkü proqramında yer alan Avropa Liqasının 2 qarşılaşmasından gedir. Mahaçqalada canlı oyun dedikdə, Dağıstan paytaxtında keçiriləcək "Anji" - "Yanq Boyz" matçı nəzərdə tutulur. Saat 21-də başlanacaq bu görüş www.etopaz.az-ın proqramına "tək oyun" kimi daxil edilib. Üstəlik proqnozsevərlər bu matça canlı mərc də edə bilər. "Anji"nin aşkar favorit sayıldığl bu dueldə Dağıstan təmsilçisinin qələbə əmsalı 1.20-dir. İsveçrə klubu səfərdə sürpriz qələbə qazanarsa bu düzgün proqnoz verənlərə 8 dəfə artıq pul qazandıracaq. Heç-heçənın əmsalı isə 4.90-a bərabərdir.

Sərlövhədə "canımız olan oyun" kimi təqdim etdiyimiz qarşılaşma isə heç şübhəsiz "Neftçi" - "İnter" matçıdır. Bu axşam bütün Azərbaycanın gözü Respublika stadionunda olacaq və Azərbaycan futbolunu sevən hər kəs bu oyunla "yaşayacaq". "Neftçi"nın baş məşqçisi Böyükağa Hacıyevin "Azərbaycan futbolu üçün 21-ci əsrin ən böyük oyunu" adlandırdıgı bu qarşılaşma ətrafında ajiotaj böyükdür. Oyun üçün nəzərdə tutulan biletlərin demək olar ki, hamısının satılması da matça olan hədsiz maraqdan xəbər verir. Şanslardan danışanda təbii ki, dünya şöhrətli "İnter""lə "Neftçi"ni bir tutmaq olmaz. Bu, dünya  bukmeker kontorlarının müəyyənləşdirdiyi əmsallar da əksini tapıb. www.etopaz.az-da "İnter"in qələbəsi 1.60-a bərabərdir. Amma 30 min azarkeş qarşısında oynayan, ortaya "Apoel", "Partizan" nümunəsi qoyan "Neftçi"ni də hesabdan silmək olmaz. Nəzərə alsaq ki, "İnter" "Neftçi"nin qarşısına əsas oyunçular olmadan çıxacaq, onda komandamızın şansı bir qədər də artır. Bu axşam Azərbaycan futbolunun flaqmanı qalibiyyətlə tarix yazarsa, həm azarkeşlərinə hədsiz sevinc yaşadacaq, həm də onun qələbəsinə pul yatıranlara 4.30 dəfə qazandıracaq. Heç-heçənin əmsalı isə 3.40-a bərabərdir. Ümid edək ki, "Neftçi" bu axşam kimsəni peşiman etməyəcək. Təkcə "Neftçi" - "İnter" oyunu ilə kifayətlənmək istəməyən

www.etopaz.az
müştəriləri digər matçlara da mərc edə bilər.  Bunun üçün proqnoz həvəskarlarının ixtiyarında milli çempionatımızın 4 oyunu da daxil olmaqla ümumilikdə 34 qarşılaşma var. Bu matçlardan tam 20-nə isə etopaz.az-çılar tək oyun kimi mərc edə bilər. Bəlkə də bu gün sizin gününüzdür. www.etopaz.az-la oynayın və qazanın!!!

Etopaz.az


Son xəbərlər