“Heç yerdə “Simurq”da olduğu kimi birlik, möhkəmlik yoxdur”

XƏBƏR 19 May 2009 / 21:33 2251
-  A +

“Simurq”"un yarımmüdafiəçisi, zədə üzündən ikinci dövrədə komandaya kömək edə bilməyən Ramin Nəsibovun mövsümün yekunları ilə bağlı klubun rəsmi internet saytına açıqlama verib: “Təəssüflər olsun ki, meydançaya çıxıb, komandama kömək edə bilmədim. Amma ürəyim hər dəfə meydançada idi, komanda yoldaşlarıma mənəvi dəstək verməyə çalışırdım. “Simurq” medallara layiq olduğunu elə ilk turlardan göstərməyə başladı. Çox gözəl kollektivimiz var. Hər kəs bir-birinə dəstək olur, meydançaya çıxanda gözlərimiz yanırdı. Deyə bilərəm ki, bəlkə də heç yerdə “Simurq”da olduğu kimi birlik, möhkəmlik yoxdur. Hamımız sevinirik, amma onu da başa düşürük ki, növbəti mövsümlərdə bu səviyyəni saxlamağa borcluyuq”.

 


Son xəbərlər