“Neftçi” 2 futbolçu ilə vidalaşdı

XƏBƏR 19 May 2009 / 19:05 2237
-  A +

“Neftçi” artıq yeni mövsümün planlarını cızmağa başlayıb. Paytaxt klubu bu gün iki futbolçu ilə yollarını ayırıb. Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının verdiyi məlumata görə, klubla müqaviləsi başa çatan Vladimir Olifer və Svetoslav Stefanovla yeni müqavilə imzalanmayıb. Komandanın baş məşqçisi Böyükağa Ağayev bu futbolçuları növbəti mövsümdə sərəncamında görmək istəmir. Bu iki futbolçudan başqa bir müddət əvvəl əvəzedici heyətə göndərilən Jozef Hendriklə Con Tamburasla da müqavilənin pozulacağı gözlənilir. Bu iki futbolçu da yaxın günlərdə “Neftçi”nin düşərgəsini tərk edəcək. Komandada yeni futbolçuların da transferi gündəmdədir. Artıq komandanın məşqçisi Səmədağa Şıxlarov bir müddət əvvəl Belarusa yollanıb və bu ölkədə futbolçu seçimi ilə məşqul olub.


Son xəbərlər