Mahmud Qurbanovun “Bakı”yla müqaviləsi başa çatır

Mahmud Qurbanovun “Bakı”yla müqaviləsi başa çatır
XƏBƏR 19 May 2009 / 18:41 2225
-  A +

Dünən “Bakı”nın heyətində Azərbaycan çempionu olan və bununla da öz şəxsi rekordunu daha da yaxşılaşdıraraq, 10-cu dəfə ölkə çempionu olan Mahmud Qurbanovun “Bakı”yla hazırkı müqaviləsi bitmək üzrədir. Qol.Az-ın məlumatına görə, “Bakı”ya cari ilin əvvəlində “Inter”dən transfer olunan “professor” “zolaqlılar”la 6 aylıq müqavilə imzalamışdı ki, həmin sözləşmənin də müddəti iyunun 30-da bitir. Maraqlıdır, görəsən, 10 qat Azərbaycan çempionu bu dəfə qızıl medal qazanmaq üçün hansısa başqa komandaya yollanacaq, yoxsa karyerasını elə “Bakı”da davam etdirəcək? Bu suala Mahmud Qol.Az-ın müxbiriylə söhbətində belə cavab verdi: “Həqiqətən də “Bakı”yla müqaviləm bitmək üzrədir. Hələ ki bu barədə rəhbərliklə danışığım olmayıb. Amma mən karyeramı məhz “Bakı”da davam etdirmək istəyirəm. Əgər məşqçilər, rəhbərlik mənimlə sözləşməni yeniləmək istəsələr, mənuniyyətlə, canla-başla “Bakı”dakı çıxışımı davam etdirəcəyəm”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord